Ermənistandakı mitinqlər Qarabağa çatdı - Bəyanat

Ermənistanda artıq bir neçə gündür davam edən etirazlar Dağlıq Qarabağa da sirayət edib.


AzNews.az xəbər verir ki, erməni KİV-lərində "Arsax Respublika Partiyası"nın yaradılması üzrə təşəbbüs qrupunun həmsədrləri adından etirazçılara ünvanlanan bəyənat yerləşdirilib.

Sözügedən bəyanatda Ermənistandakı aksiyalara rəğbət əks olunub: "Ermənistandakı "Talana Yox" etiraz hərəkatının gedişini xüsusi həyəcan və ruh yüksəkliyi ilə izləyirik!!!
"Artsax Respublika Partiyası"nın yaradılması üzrə təşəbbüs qrupu adından sizin Ermənistanın enerji sahəsindəki istehlak qiymət siyasəti və bütövlükdə iqtisadiyyatındakı ədalətsizliyin bərpa edilməsinə istiqamətlənmiş hərəkatınıza dərin hörmətimizi ifadə edirik!!!
Biz "Arsax"da sizin ədalətli tələblərinizə qoşuluruq və ümid edirik ki, sizin dinc etirazlarınız bizim xalqımızın ədalət və vətəndaş ictimaiyyətinin qurulması uğrunda mübarizəsində özünüdərk səviyyəsinin yüksəlməsi üçün bir mərhələ olacaq və xalqımızın həmrəyliyinə səbəb olacaq".