İŞİD Türkiyədən cənubda yerləşən əraziləri ələ keçirib. İŞİD Türkiyədən cənubda yerləşən əraziləri ələ keçirib.

İŞİD Türkiyənin cənub ərazilərini ələ keçirdi

İŞİD Türkiyədən cənubda yerləşən əraziləri ələ keçirib.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, terrorçular həmin əraziləri Suriya üsyançılarının əlindən alıblar. İŞİD-çilər 5 kəndi tutublar. Tutulan kəndlərdən ikisi Türkiyə və Suriyanı bir-birindən ayıran sərhəd xəttində yerləşir.

İŞİD terrorçuları 3 kəndi və Mari şəhəri ətrafındakı, sərhəddən 20 kilometr məsafədə yerləşən torpaqları ələ keçirdiklərini bəyan ediblər. İŞİD-çilər Vaşinqton və Ankaranın Suriyanın şimalında "təhlükəsiz zona"nın yaradılması barədə qərardan sonra torpaqları tutublar. Bu zonaya nəzarət Suriya müxalif qüvvələri tərəfindən həyata keçriləcək. Tükiyə və ABŞ Silahlı Qüvvələri isə İŞİD-in hücumlarına cavab verməyə kömək edəcək.

Siyasətçilərin fikirincə, İŞİD terrorçuları Türkiyə sərhədində nəzarəti tamamilə ələ keçirməyə çalışır. Bundan sonra İŞİD qruplaşmaya yeni qoşulanları Türkiyə sərhədindən keçirərək qaçaqmalçılıqla ləvazimatlar əldə edəcəklər.