- Köhnə - Region
- 27 Oktyabr 2012 10:01
- 3 407
Uruqvay qondarma “DQR”i tanıyacaq - İDDİA
Qəzetin qazdığına görə, noyabrın sonunadək Uruqvay "Qarabağın müstəqilliyinin tanınması" ilə bağlı qərar qəbul edəcək: "Noyabrın sonunda Uruqvay parlamentinin sədri Ermənistana rəsmi səfərə gələcək, həmçinin, bu səfər çərçivəsində Qarabağa səfər də nəzərdə tutulur".
Qəzet onu da iddia edib ki, Uruqvay bu qərarı çoxdan qəbul etməyə hazır olsa da, Rusiya və ABŞ buna mane olub.
Qeyd edək ki, Uruqvay qondarma "erməni soyqırımı"nı tanıyan ilk ölkə olub.
Elnarə Əlosmanqızı
AzNews.az