İran sərhəddə hərbi təlimlər keçirir

Oktyabrın 29-da İran yeni hərbi təlimlərə başlayacaq. İran mətbuatı hərbi təlimlərin əsasən ölkənin İraqla sərhəd bölgələrində keçiriləcəyi barədə məlumat yayıb.

3 gün davam edəcək təlimlərdə hava və quru qoşunlarının iştirakı planlaşdırılır. İran mətbuatının məlumatına görə, yeni hərbi təlimlər ölkə ətrafında nüvə proqramı ilə bağlı müzakirələrin davam etdiyi bir zamanda Qərbə yeni mesaj olacaq.

Alpər Oğuz
Aznews.az