- Köhnə - Region
- 15 Noyabr 2015 10:49
- 5 470
Türkiyə Fransaya uçuşları dayandırdı

“Türk Hava Yolları” (THY) Parisdə törədilmiş silsilə terror aktları ilə əlaqədar Fransa şəhərlərinə olan bütün reyslərini ləğv edib.
AzNews.az-ın Azərtac-a istinadən məlumatına görə, uçuşlar noyabrın 21-dək dayandırılıb. THY Fransaya uçuşları bərpa etdikdə sərnişinlər ləğv olunmuş reyslərə aldıqları biletlərdən cərimə ödəmədən istifadə edə biləcəklər.