Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilə bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilə bilər.

Ərdoğan Rusiyaya səfərini ləğv edə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilə bilər.


AzNews.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.

Administrasiyadan deyiblər ki, Türkiyə Prezidentinin Rusiyaya səfəri dekabrın 15-nə planlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq Türkiyəyə noyabrın 25-nə planlaşdırılan səfərindən imtina edib.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.