Tehran kişi və qadın zəvvarlar arasında “bəzi məsələlərin” çarəsini tapıb Tehran kişi və qadın zəvvarlar arasında “bəzi məsələlərin” çarəsini tapıb

İran Kəbədə hərəm yaradılmasını tələb edir

Tehran kişi və qadın zəvvarlar arasında “bəzi məsələlərin” çarəsini tapıb



İran Səudiyyə Ərəbistanından Həcc ziyarətində qadın və kişi zəvvarları ayırmağı təklif edib. İran liderinin Həcc işləri üzrə nümayəndəsi Höccətülislam Əli Qazi Əsgər Kəbə ziyarəti zamanı qadınlar üçün hərəm, kişilər üçünsə ayrıca yerin yaradılmasını istəyib.

Onun sözlərinə görə, ziyarət zamanı cinsiyyətə görə zəvvarların ayrılması kişi və qadınlar arasında ortaya çıxan "bəzi məsələlərin" qarşısını ala bilər.

Höccətülislam bu il Səudiyyə Ərəbistanından Həcc ziyarətinə 1 milyon insanın qatıldığını bildirərək, bunun İran və Türkiyəyə ayrılan kvotanın azaldılmasına səbəb olduğunu deyib.

Alpər Oğuz
AzNews.az