- Köhnə - Region
- 1 Noyabr 2012 08:15
- 6 593
Putinin xəstəliyi təsdiqləndi
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Peskov bildirib ki, prezidentin zədəsi var və həmin nahiyədə ağrılar yaranıb. "Bu zədə mətbuatın iddia etdiyi kimi, yeni deyil.
Bu əzələ dartınmasından yaranmış köhnə zədədir". O, həmçinin əlavə edib ki, Putin yarı-peşəkar idmançı olduğundan digərləri kimi onda da bu cür zədələr var və bu onun prezident kimi fəaliyyətinə heç bir maneə yaratmır. Peskov onu da qeyd edib ki, prezidentin xarici səfərlərinin təxirə salınması mətbuatın iddia etdiyi kimi onun səhhəti ilə bağlı deyil.
Sadiq Musa
AzNews.az