- Köhnə - Region
- 1 Noyabr 2012 12:41
- 3 918
Ermənilər Azərbaycan mətbuatından yazdı
“Azərbaycan KİB-i Ermənistana rəsmi səfərlərlə bağlı erməni mətbuatından daha çox məlumatlıdır”
"Azərbaycan mətbuatı Ermənistana səfər edəcək rəsmi şəxslərlə bağlı erməni mətbuatından daha şox məlumatlıdır". Bu məlumatı erməni KİV-ləri yayıb.
Məsələ Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun Ermənistana səfər edəcəyi ilə bağlı bu gün Azərbaycan mətbuatında yayılan xəbərlərlə bağlı ortaya çıxıb.
Belə ki, Azərbaycan mətbuatı bu barədə məlumat yaydıqdan sonra erməni kütləvi informasiya vasitələri xəbəri dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıblar.
Ancaq Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məsələ ilə bağlı açıqlama verməyərək rəsmi səfərlərlə bağlı məlumatların zamanı çatdığında yayıldığını deyib. Bu isə erməni mətbuatında "Azərbaycan KİB-i Ermənistana rəsmi səfərlərlə bağlı erməni mətbuatından daha çox məlumatlıdır" deyə xarakterizə edilib.
Elnarə Əlosmanqızı
AzNews.az