Gürcüstan Rusiya və Abxaziya ilə dəmir yolunu açır

Gürcüstan Rusiya və Abxaziya ilə dəmiryolu nəqliyyatını bərpa etmək qərarına gəlib. Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın reinteqrasiya naziri Paata Zakareişvili bildirib.

Nazirin dediyinə görə, bu addım Gürcüstanın təkcə iqtisadi maraqlarından irəli gəlmir. "Dəmiryolunun bərpası ilə regionda canlanma da artacaq. Qaçqınların da öz evlərinə qayıtmaq imkanı yaranacaq.

İlk əvvəl yükdaşımaları, daha sonra isə sərnişin daşımaları ilə bölgədə inteqrasiyaya nail olmaq mümkündür" - deyə, Zakareişvili bildirib.

AzNews.az