Prezident buraxılmayan zindanda qadın aksiyası

Evin həbsxanasında siyasi məhbuslar aclığa başlayıb



İran prezidenti Əhmədinejatın buraxılmadığı, siyasi məhbuslara işgəncələrlə məhşur olan Tehranın Evin həbsxanasında qadınlar aclıq aksiyasına başlayıb. 9 siyası məhbus aclıq edərək qadın məhbuslara qarşı zorakılığa son qoyulmasını istəyiblər.

Siyası məhbus qadınların aksiyasına səbəb həbsxananın mühafizə qüvvələrinin məhuslara qarşı zorakılıq tətbiq etməsi olub. Belə ki, 3 gün əvvəl mühafizə qrupunun üzvü olan 20 qadın məhbus qadınlara hücum edərək onlara saatlarla işgəncə verib.

Buna etiraz edən Bəharə Hidayət, Nazənin Deyhimi, Jila Bəni Yaqub, Şiva Nəzər Ahari, Mehsa Əmrabadi, Həkimə Şükri, Jila Kərəmzadə, Nəsim Sultanbeyqi və Rahilə Zəkayi adlı məhbuslar aclıq aksiyasına başladqlarını bildiriblər.

Alpər Oğuz
AzNews.az