- Köhnə - Region
- 2 Noyabr 2012 13:13
- 4 795
İranın hər nöqtəsi qazılacaq
Mədən axtarışına görünməmiş məbləğ ayrılır
İran təbii fəlakətlərin cənginə düşüb. Ölkədə il ərzində 32 təbii fəlakət baş verib ki, təkcə bu ilin altı ayında sel fəlakətindən milyardlarla rial ziyan dəyib. Bunu İranın Geologiya və Mədən Axtarış Qrupunun rəhbəri Məhəmməd Tağı bildirib. Onun sözlərinə görə, təbii fəlakətlər ölkədə mədən axtarışlarına da təsirini göstərir.
Qurum rəhbəri bildirib ki, gələn il üçün mədən axtarışlarına 500 milyard tümən vəsaitin ayrılması nəzərdə tutulur. Bu da indiyə qədər görünməmiş rəqəmdir.
Bəzi ekspertlər vəsaitin artırılmasını sanksiyalara məruz qalan İranın təbii ehtiyatların istismarını artırması ilə izah edirlər.
Alpər Oğuz
AzNews.az