Türkiyədə “donuz qripi”nə yoluxanların sayı 463 nəfərə çatıb. Türkiyədə “donuz qripi”nə yoluxanların sayı 463 nəfərə çatıb.

“Donuz qripi” Türkiyəni cənginə alıb – Xəstə sayı 463-ə çatdı

Türkiyədə “donuz qripi”nə yoluxanların sayı 463 nəfərə çatıb.



AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi "donuz qripi" şübhəsi ilə xəstəxanalara 2905 xəstənin müraciət etdiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, müraciət edənlərin 463-ündə H1N1 virusu aşkar edilib. Həmçinin virusa yoluxanların arasında digər ölkələrin vətəndaşlarının olduğu da bildirilib.

Xatırladaq ki, bu günə kimi Türkiyədə 14 nəfər "donuz qripi"ndən ölüb.

Sevinc YASİNQIZI