Suriyadan gələn kəşfiyyat məlumatı paylaşan Türkiyə baş naziri Əhməd Davudoğlu Rusiyaya sərt reaksiya verib. Suriyadan gələn kəşfiyyat məlumatı paylaşan Türkiyə baş naziri Əhməd Davudoğlu Rusiyaya sərt reaksiya verib.

“Ya onları yox edin, ya da imkan verin biz yox edək“- Türkiyədən Rusiyaya sərt ismarıc

Suriyadan gələn kəşfiyyat məlumatı paylaşan Türkiyə baş naziri Əhməd Davudoğlu Rusiyaya sərt reaksiya verib.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Davudoğlu "Ya İŞİD-i yox edin, ya da imkan verin biz onu yox edək" deyə Kremlə ismarıc yollayıb.

Baş nazir Suriyada kirli bir oyunun davam etdiyini xatırladaraq, ötən gün və bu günə olan kəşfiyyat məlumatlarını paylaşıb.

"Türkiyənin havadan edəcəyi əməliyyatlar məsələsində bəzi ölkələr maneə törətmək istəyirlər. Ya özləri İŞİD-i yox etsin, ya da imkan versinlər bunu biz edək. Amma kimsə İŞİD-ə qarşı mübarizə edirəm görünüşü adı altında oradakı dinc xalqı və müxalifəti cəzalandırmağı düşünməsin", - deyə Davutoğlu bildirib.

"Bir kəşfiyat məlumatını burada paylaşmaq istəyirəm. Onun üçün bütün bağlantılar çıxarılacaq. Dünən bizə çatan məlumatlara görə, Suriya sərhədinə yaxın bölgədə müxalif qüvvələri İŞİD-ə qarşı bir əməliyyata başlayıb, bəzi bölgələr İŞİD-dən geri alınıb. Əsəd rejimi isə Dəməşqə yaxın cənub bölgədəki İŞİD-çilərlə razılaşaraq rejimin avtobusları vasitəsilə bəzi terrorçular Suriyanın şimalına doğru aparılıb. Bu gün Suriyada çox kirli oyunlar gedir", - deyə baş nazir vurğulayıb.

Bu arada İngiltərənin "IHS Janes" araşdırma mərkəzi İŞİD-in 2015-ci ildə Suriya və İraqda nəzarət etdiyi sahənin 14% kiçildiyini bildirib. Yanvar ayınadək 90 min kvadrat kilometrədən çox sahəyə hakim olan təşkilat, təxminən 12 min 800 kvadrat kilometr sahəni itirib. Hazırda İŞİD terror qruplaşmasının nəzarət etdiyi torpaqların böyüklüyü 78 min kvadrat kilometrdir.