- Qayıdış
- 21 Dekabr 2019 11:08
- 2 463
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib - VİDEO
Məlumatı Müdafiə Nazirliyi yayıb
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin taktiki-xüsusi məşğələləri keçirilib.
AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşğələlər zamanı HHM bölmələri “Buk-MB”, “S-125” və “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.
AzNews.az