- Qayıdış
- 27 Yanvar 2021 19:17
- 4 883
Ceyhun Bayramov həmsədrlə bəyanatları müzakirə etdi
Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər
Bu gün qarşı tərəfin təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.
XİN-dən AzNews.az-a verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.