- Qayıdış
- 10 İyun 2021 21:50
- 5 272
Daha 4 erməni hərbçinin meyiti tapılıb
Beləliklə tapılan itkin erməni hərbçi meyitlərinin sayı 1 567-yə çatıb
Füzuli və Cəbrayıl rayonlarında aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha 4 hərbçisinin meyiti tapılıb.
Bu barədə Aznews.az Ermənistan mediasına istinadən xəbər verir.
Qeyd edilir ki, onlar itkin hərbçilər siyahısına daxil idi. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb. Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş hərbçilərinin sayını gizlədir.