- Qayıdış
- 21 İyul 2021 22:42
- 7 670
Ermənistan hərbçiləri Gürcüstanda NATO-nun təliminə qatılmayacaq
“Sputnik Armenia” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb
Ermənistan ordusunun hərbçiləri Gürcüstanda NATO-nun iştirakı ilə iyulun 26-dan avqustun 6-dək keçiriləcək Agile Spirit 2021 (Çevik ruh) beynəlxalq hərbi təliminə qatılmayacaq.
Aznews.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
NATO-nun mətbuat xidmətinin yaydığı xəbərə görə, təlimdə Gürcüstan və ABŞ-dan başqa, NATO üzvü və tərəfdaşı olan 13 ölkədən, o cümlədən Türkiyə və Azərbaycandan hərbçilərinin iştirakının nəzərdə tutulduğunu açıqlayıb.
Bildirilib ki, əvvəllər Ermənistan hərbçiləri Gürcüstanda keçirilmiş NATO təlimində dəfələrlə iştirak ediblər, lakin son illər bu praktika başa çatıb.