- Qayıdış
- 28 İyul 2023 22:07
- 5 845
Azərbaycan Rusiya sülhməramlılarının bu kimi proseslərə göz yummasına öyrəşib - Millət vəkili
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, erməni silahlıları yerli və xarici təyyarələrə dəfələrlə radiomaneə tətbiq edib, sülhməramlılar tədbir görməyib.
“Rusiya sülhməramlıları birinci dəfə deyil ki, Ermənistanın bu kimi təxribatçı hərəkətlərinə göz yumur”.
Mövzu ilə bağlı saytımıza danışan millət vəkili Aydın Hüseynov bildirib ki, 2020-ci ilin noyabrından sonra dəfələrlə belə hallar müşahidə olunub.
“Mən hesab edirəm ki, Azərbaycan öz suveren ərazisindəki bütün məsələlərə necə indiyə qədər cavab veribsə, qanunazidd, o cümlədən Azərbaycanın beynəlxalq hüquq çərçivəsində hərhansı prinsiplərini pozan addımlara qarşı da Azərbaycan Ordusunun, dövlətinin özü cavabını verəcək”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Rusiya sülhməramlılarının bəzən bu kimi proseslərə göz yummasına öyrəşib.
"Həmişə öz ordumuz dövlətimizin qarantı olduğu kimi bu proseslərdə də kimlərəsə ümid olmamalıyıq".
Rəşid Qarayev