Rəsmi İrəvan təxribatçı əməllərindən doğa biləcək nəticələrə hazır olmalıdır - Politoloq

"Ermənilərin hiyləgər təxribatları yenidən davam etməkdədir. Bu dəfə düşmən Kəlbəcəri hədəf seçib".

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutması qəbul edilməzdir. Xüsusilədə sülh danışıqlarının getdiyi bir zamanda belə təxribatçı əməllərə yol verən rəsmi irəvan bundan doğa biləcək nəticələrə hazır olmalıdır".

Politoloq onu da vurğulayıb ki, antiteror əməliyatları hər zaman aktualdır.

"Rəsmi Bakı Ermənistana güvənmir. Ordumuz hər zaman döyüşə hazırdır. Lakin son təxribatlar fonunda demək olar ki, antiteror əməliyyatları riski artır.

Bakı sülh və dialoq naminə bütün addımları atır və atmağa davam edəcək. Lakin istər Ermənistanın, istərsə də separatçıların prosesdən yayınması, təklifləri qəbul etməməsi problemin hərbi konteksdə həllini zəruri edir".

Politoloq Yevlax görşündən imtina olunmasına da münasibət bildirib.

"Xüsusilə də ermənilərin Yevlax görüşündən imtina etməsi Bakının ehtimal cavab addımlarını aktuallaşdırır. Aydın məsələdir ki, rəsmi Bakı buna səssiz qalmayacaq. Azərbaycan separatçıların gözünü qorxutmaq üçün hərbi aktivliyi artırmalıdır. “Qisas 1” və “Qisas 2”, habelə “Fərrux” əməliyyatları bənzəri antiterror əməliyyatları keçirməklə buna nail olmaq olar".