- Qayıdış
- 31 Avqust 2023 13:10
- 6 354
Hikmət Hacıyev: Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir
"Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir".
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşımında bildirib.
"Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - o paylaşımında qeyd edib.