Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavinini döyüblər

Ermənistanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavini Arman Sarkisyanı döyüblər.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, valideynlərə may ayının 2-dən etibarən müdafiə naziri Suren Papikyanla görüş vəd edilib: “Lakin görüş hər dəfə müxtəlif bəhanələrlə təxirə salınıb”.

Valideynlərdən biri qeyd edib ki, uzun müzakirələrdən sonra nəhayət onlara nazirlik binasına daxil olmağa imkan yaradılıb: “İçəri girəndən sonra nazirin gəlməyini gözlədik. O da müavini göndərdi. Xeyli danışdı və bizi qəzəbləndirdi. Övladlarımızın harada olduğunu bilmədiyini söylədi. Nazir müavinin danışıq tərzi bizi özümüzdün çıxardı. Əlbəyaxa dava düşdü”.