- Qayıdış
- 9 Sentyabr 2023 18:26
- 7 612
Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alınıb
Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Aznews.az xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.