Laçında “Xalça belə yarandı” adlı sərgi keçirilib - FOTOLAR


Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyi və Bakı Abadlıq Xidmətinin birlikdə təşkilatçılığı ilə 24 May, 2024-cü il tarixində Laçın şəhərində “Xalça belə yarandı” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir.

Tədbirdə əslən laçınlı Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın ideya müəllifi olduğu eskizlər və xalçalar, həmçinin şəxsi kolleksiyasındakı qədim xalça nümunələri nümayiş olunmuşdur. Bu layihədə ecazkar təbiətə malik olan Laçın torpağında, Həkəri çayının sahilində - çobanın yaylaqda qoyun otarması, qoyunun qırxılması, yunun daranması, əyrilməsi və boyanmasından başlayaraq, xalçanın toxunmasına qədər bütün proses mərhələ-mərhələ təqdim edilib. Tədbirin əsas mahiyyəti Azərbaycan xalçaçılığının inkişaf mərhələlərini ardıcıl nümayiş etdirməklə mədəniyyətimizin ayrılmaz hissəsi olan xalçanın ərsəyə gəlməsini əyani şəkildə nümayiş etdirməkdir. Tədbirdə iştirak edən qonaqlara toxucu xanımlar tərəfindən master class keçrilib. Laçında doğulub böyüyən Elnarə Rəsulovanın təqdim etdiyi nümunələr ənənəvi xalça kompozisiyalarından fərqli olaraq haşiyə və çərçivə əsasında qurulmayıb. Onun ideyasıyla toxunmuş “Qarabağ atı” (2023), “Çələbi” (2023), “Ərciman” (2023), “Borçalı” (2024) adlı xalçalarda kompozisiyanın əsasını təşkil edən əriş iplərinin aşkar şəkildə görünməsi əsərlərə xüsusi rəng qatır. Xalçanın hazırlanma prosesini əvvəldən son mərhələyə qədər izləyən tamaşaçılar xalçanın ibtidaidən aliyə qədər keçdiyi yola şahidlik edir, eləcə də müəllifin ideya və fikirlərilə tanış olurlar. Müəllifin “Laçın zirvəsi” adlı xalçasının dəzgahdan kəsim prosesi təntənəli qeyd edildi. Tədbirdə müəllifin digər əsəri, analoqu olmayan “Ata vəsiyyəti – oğul zəfəri” adlı xalçasının təqdimatı baş tutdu. Xalçanın əsas özəlliklərindən biri onun ikitərəfli toxunmasıdır. İpək və yundan toxunmuş bu sənət əsəri 2 il 4 aya ərsəyə gəlib. Birinci hissədə böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin gələcəyin qətiyyətli lideri İlham Əliyevə vəsiyyəti, ikinci hissədə isə artıq böyük zəfər qazanan oğulun ata vəsiyyətini yerinə yetirməsi təsvir olunub. Tədbirin qonaqları xalçanın təqdimatını səsli video formatda izlədilər.

Tədbirdə həmçinin müəllifin digər əsərləri də nümayiş olunmaqdadır.

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description