- Qayıdış
- 20:03
- 906
Daşbulaq kəndinə qayıdan sakin: Xalqımızın bu sevincli anları şəhidlərimizin də ruhunu şad edir

Xalqımızın bu sevincli anları şəhidlərimizin də ruhunu şad edir.
Bu fikirləri Xocalı rayonu, Daşbulaq kənd sakini Aydın Əliyev bildirib.
"Öncə bu günü bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Düşünürəm ki, bizim onların ruhuna mənəvi borcumuz çoxdur. Onlar bizim rahat və firavan yaşamağımız üçün şəhid olublar. Bu gün biz torpaqlarımıza böyük sevinc hissi ilə köçürük. Hər kəs bir-birinə gözaydınlığı verir, bir-birini təbrik edir", - kənd sakini deyib.
Qeyd edək ki, "Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilib. Kəndə ilk mərhələdə 67 nəfərdən ibarət 13 ailə köçürülüb. Bu, Xocalının Daşbulaq kəndinə ilk köçdür./Report
AzNews.az