Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,5 milyard manat xərcləyəcək

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3,5 milyard manatı və yaxud 8,4 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

Aznews.az bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,5 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 milyon manat olacağı gözlənilir.