Xocalıya köçən sakin: Doğma yurda qayıdış ən böyük arzumuz idi

“Torpaqlarımızın işğaldan azad olunması və doğma yurda qayıdış ən böyük arzumuz idi. Bu arzu gerçəyə çevrildi. Allaha şükür edirəm ki, bu günü görmək nəsibim oldu. Dövlətimizə, ordumuza, Prezidentimizə minnətdaram”.

Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Xocalı rayonunun Təzəbinə kəndinə köç edən keçmiş məcburi köçkün Reyhan Teymurova deyib.

“İndi isə arzum odur ki, torpağımızda bundan sonra sülh, firəvanlıq olsun, bir də heç vaxt köçkünlük, ağrı-acı yaşamayaq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Xocalının Təzəbinə kəndinə 12 ailə-55 nəfər köçürülüb.

AzNews.az