- Qayıdış
- 17:47
- 889
Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib - FOTO
Bu gün Ağdam şəhərinə 103 ailə - 405 sakin köçürülüb.
Aznews.az xəbər verir ki, sakinləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayaraq onları maraqlandıran zəruri məsələlər barədə məlumatlandırıb.
Həmçinin sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi ilə bağlı geniş izahat verilib, təhlükəsizlik qaydaları diqqətə çatdırılıb. Daha sonra köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.
Qeyd edək ki, Ağdam şəhərinə mərhələli şəkildə əhalinin qayıdışı icra edilir.