- Qayıdış
- 8 Yanvar 22:05
- 2 656
Sabah Ağdərənin 4 kəndinə ilk köç olacaq
Yanvarın 9-da Ağdərə rayonunun Aşağı Oratağ, Çapar, Heyvalı və Çıldıran kəndlərinə ilk köç olacaq.
Aznews.az xəbər verir ki, Ağdərə rayonunun 4 yaşayış məntəqəsinə 337 nəfərdən ibarət 89 ailə köçürüləcək.
Belə ki, Aşağı Oratağ kəndinə 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə isə 48 nəfərdən ibarət 13 ailə köçürüləcək.
Ailələr yaşadıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və aidiyyəti RİH-lərin nümayəndələri tərəfindən yola salınacaq, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq.