• Rusiya
  • 29 Oktyabr 2018 11:59

Putin reklam elədi, Avropada satışı rekord qırdı

Rusiyada avtomobil sektorunun nəhənglərindən olan “Lada” Avropada ən çox satılan avtomobillər arasına düşüb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin tanıtdığı “Lada” markasının “Vesta” və “Granta” modelləri Avropada satış rekordu qırır. Verilən məlumata görə, bu ilin oktyabr ayına qədər Avropada 82 792 ədəd “Vesta” modeli satılıb. Bu rəqəm keçənilki satışlardan 46.5% artım olduğunu göstərir.

Nigar CƏFƏR

AzNews.az