Ölkə başçısının kartı "Rusiya" bankına məxsusdur. Ölkə başçısının kartı "Rusiya" bankına məxsusdur.

Putinin əlində nağd pul çox təsadüfi hallarda olur - Peskov

Ölkə başçısının kartı "Rusiya" bankına məxsusdur.

Rusiya prezidenti Vladimir Putin maaşını və hərbi təqaüdünü bank kartı ilə alır.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "AiF" qəzetinə eksklüziv müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, ölkə başçısının kartı "Rusiya" bankına məxsusdur: "Bu bank Krımın Rusiyaya birləşməsindən sonra ABŞ-ın tətbiq etdiyi sanksiyaların siyahısına salınıb".

Peskov Putinin hərbi təqaüdünün məbləği haqda informasiyaya malik olmadığını bildirib: "Ölkə başçısının və baş nazirinin maaşları isə prezident fərmanı ilə müəyyənləşdirilir. Putinin əlində nağd pul çox təsadüfi hallarda olur. Bəlkə də ildə bir-iki dəfə. Misal üçün, prezident qış istirahət kompleksində xizək sürən zaman kafedə nəsə alır".

Babək Göyüş

AzNews.az