Rusiya Su-57-ə əvəz tapdı - VİDEO

PUA-ların seriya şəklində istehsal olunacağını bildirib

S-70 “Oxotnik” ağır kəşfiyyat zərbə pilotsuz uçuş aparatları (PUA) döyüş təyyarələrini tam əvəz edə bilər.

AzNews.az bildirir ki, bu barədə “İzvestiya” yazır.

Qəzetin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyi Qərbi və Cənubi hərbi dairələrdə (QHD və CHD) 2024-cü ildə bu tip PUA dəstələri yaratmaq qərarına gəlib ki, bu da Hava-Kosmik ordularının heyətini artıq risklərdən qoruyacaq. Nəşr bildirir ki, geniş miqyaslı hərbi əməliyyatlar şəraitində S-70 “Oxotnik” döyüş təyyarələrini tam əvəz edə bilər.

Qeyd edək ki, bu ay Rusiya Baş nazirinin müavini Yuriy Borisov S-70 “Oxotnik”in sınaqlarının yaxın 2-3 il ərzində aparılacağını, 2024-cü ildən sonra isə seriya şəklində istehsal olunacağını bildirib.

Cari ilin yanvar ayında mənbənin verdiyi məlumata görə, S-70 “Oxotnik” Su-57 üzərində sınaqdan keçirilir.

AzNews.az