Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

Moskvanın mərkəzində silahlı insident olub

Faktla bağlı araşdırma aparılır

Moskvanın mərkəzində atışma nəticəsində bir nəfər yaralanıb.

Hadisə şəhərin Bolşaya Ordınka küçəsindəki kafenin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, kişilər arasında mübahisə zəminində odlu silahdan istifadə edilib. Tərəflərdən biri travmatik tapançadan qarşı tərəfin başına atəş açıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. Silahdan atəş açan şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

AzNews.az