ABŞ bu layihəyə mane ola bilməyəcək - Ekspert

Hazırda hər hansı qadağadan söhbət gedə bilməz

Hazırda hadisələr Şimal Axını-2 layihəsinə sanksiya qəbul edilməsi istiqamətində inkişaf etmir.

Bunu rusiyalı ekspert İqor Yuşkov ABŞ-ın Şimal Axını-2 layihəsinə sanksiya tətbiq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O, bu cür xəbərlərin xüsusilə şirkətləri layihədən çəkindirmək məqsədilə orataya atıldığını bildirib:

“Bunun daha çox layihəyə qatılan şirkətləri, xüsusilə də son hissəni tamamlayan boru döşəyən iki gəmini təmsil edən İsveçrənin “Allseass” şirkətini qorxutmaqla bağlı son cəhd olduğunu düşünürəm. Yoxsa həmin şirkətlər ABŞ Prezidentinə bu cür sanksiyalara icazə verən qanun qəbul edilərkən bu işdən imtina edərdilər. Hazırda hər hansı qadağadan söhbət gedə bilməz. ABŞ sanksiyaları ən yaxşı halda 2020-ci ilin əvvəlindən tətbiq etməyi planlaşdırır. Halbuki şirkət 2019-cu ilin sonuna qədər işini tamamlayacaq. Bu səbəbdən qaz boru xətti üçün hər hansı bir təhdid olmadığını düşünürəm”. (axar.az)

AzNews.az