Putin Lukaşenkoya teleqram göndərdi: Tarixi qərar...

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin yaradılması haqqında müqavilənin imzalanmasının 20-ci ildönümü münasibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik teleqramı göndərib.

“Bu vacib müqaviləni bağlamaq barədə tarixi qərarda əsrlər boyu davam edən qardaşlıq, dostluq, mədəni və mənəvi yaxınlıq ənənələrinə əsaslanan Rusiya-Belarus münasibətlərinin möhkəmləndirilməsində qarşılıqlı istək əks olunub”, - Putin məktubda qeyd edib.

Putin bu müddət ərzində iki ölkənin əldə etdiyi inteqrasiya tərəqqisini, təhlükəsizlik və xarici siyasət sahələrində səylərin koordinasiyasını, ticar-iqtisadi və bölgələrarası əlaqələrin inkişafını, habelə federal büdcə hesabına innovativ elmi-texniki proqramların və irimiqyaslı humanitar layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.

Ruslar və belaruslar üçün yaşayış, iş yerini seçmək və tibbi və sosial yardım almaq üçün bərabər imkanlar verilir. (axar.az)

AzNews.az