Peskovun xanımı da koronavirusa yoluxdu

Tatyana rus KİV-nə açıqlamasında test nəticələrinin pozitiv çıxdığını qeyd edib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovdan sonra xanımı, tanınmış rəqqasə- fiqurist Tatyana Navka da koronavirusa yoluxub.

AzNews.az xəbər verir k, Tatyana rus KİV-nə açıqlamasında test nəticələrinin pozitiv çıxdığını qeyd edib.

O, ailəsinin digər üzvlərini virus təhlükəsindən qorunmaq üçün Peskovla birlikdə xəstəxanada müalicə aldığını söyləyib: “İki gün ərzində özümə gələ bilmişəm. Hər şey qaydasına düşür, hərarətim yoxdur. Virus böyük ehtimal mənə Peskovdan keçib. İlk o, yoluxub”.