Bunu Moskva meri “Rossiya 24” telekanalına müsahibəsində deyib Bunu Moskva meri “Rossiya 24” telekanalına müsahibəsində deyib

Moskvada koronavirusdan ölənlərin sayı azalır

Bunu Moskva meri “Rossiya 24” telekanalına müsahibəsində deyib

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı azalır, 2-3 həftə əvvəl xəstələnmiş ağır xəstələr dünyasını dəyişir.

AzNews.az bildirir ki, bunu Moskva meri Sergey Sobyanin “Rossiya 24” telekanalına müsahibəsində deyib.

“Ölümlərə gəldikdə isə, onlar tədricən azalır, amma əsasən bu ölənlər ağır xəstələrdir, onlar bu gün deyil, 2-3 həftə əvvəl, bəzən isə 4 həftə əvvəl xəstələnənlərdir. Xəstəlik tədricən inkişaf edir, həkimlər hər bir xəstə üçün mübarizə aparır və son dəqiqəyə qədər xilas etməyə çalışırlar”, - Sobyanin qeyd edib.

Qeyd edək ki, indiyədək Rusiyanın paytaxtında 3 mindən çox ölüm, 198 mindən çox yoluxma halı qeydə alınıb. 100 mindən çox pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Bütövlükdə Rusiya isə 502 436 nəfərdə koronavirus aşkarlanıb, 6 532 pasiyent vəfat edib, 261 150 nəfər sağalıb, 234 754 nəfərin müalicəsi davam etdirilir.