"İsa Məsih" tutuldu

Torop 1991-ci ildə Son Əhdi Kilsəsini qurub

Rusiyada özünü İsa Məsihin təcəssümü olaraq qələmə verən Sergey Torop adlı dini lider Sibirdəki xüsusi təyinatlıların hazırladığı böyük bir əməliyyat zamanı tutulub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatda keçmiş polis məmuru Toropla birlikdə iki köməkçisinin də tutulduğu məlum olub.

Rusiya səlahiyyətliləri, müridlər Vissarion kimi tanınan 59 yaşlı Toropun qanunsuz bir dini təşkilat qurduğu üçün məhkəməyə veriləcəyini, məzhəbin ardıcıllarından pul aldığını və onlara qarşı mənəvi şiddət tətbiq etdiyini söyləyib.

“Guardian” qəzetinin yazdığına görə, Sovet rejimi dağılmağa başlayanda yol polisi olaraq işləyərkən işini itirən, bundan sonra özündə bir "oyanış" yaşadığını deyən Torop 1991-ci ildə Son Əhdi Kilsəsini qurub. Toropun Krasnoyarsk bölgəsindəki ucqar kəndlərdə minlərlə müridi olduğu bildirilir.

Səidə Vahid

AzNews.az