• Rusiya
  • 26 Dekabr 2020 12:37
  •  327

Rusiyada 60 yaşdan yuxarı şəxslərə də “Sputnik V” vurulacaq

Bu barədə nazirliyin rəhbəri Mixail Muraşko “Rusiya-24” telekanalının efirində məlumat verib

Rusiya Səhiyyə Nazirliyi 60 yaşdan yuxarı insanların peyvəndlənməsi üçün “Sputnik V”nin istifadəsinə icazə verib.

AzNews.az xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Mixail Muraşko “Rusiya-24” telekanalının efirində məlumat verib.

“Səhiyyə Nazirliyi tibbi istifadəyə dair təlimatlarda dəyişiklikləri təsdiqlədi. “Sputnik V” peyvəndinin 18 yaşdan yuxarı şəxslərdə istifadəsinə icazə verilmişdi. Beləliklə, artıq 60 yaşdan yuxarı vətəndaşlar yeni koronavirus infeksiyasına qarşı peyvəndlənə bilərlər”, - deyə nazir bildirib.

Muraşko müayinə nəticələrinin 60 yaşdan yuxarı vətəndaşlar üçün peyvəndin effektivliyini və təhlükəsizliyini sübut etdiyini də sözlərinə əlavə edib.