• Rusiya
  • 13 İyun 17:54
  •  3 081

Rusiyada COVİD-19-a yoluxanların sayı sürətlə artır

Rusiyada COVID-19-a yoluxanların sayı 5 208 687 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 14 723 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

AzNews.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 208 687 nəfərə çatıb.

Son sutka ərzində 357 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 126 430 nəfərə çatıb.

Qeyd edək ki, bundan öncəki sutka Rusiyada 13 510 nəfər COVİD-19-a yoluxmuşdu.

Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.