Məlumatı “InformNapalm” layihəsi də təsdiqləyib Məlumatı “InformNapalm” layihəsi də təsdiqləyib

Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb

Məlumatı “InformNapalm” layihəsi də təsdiqləyib

Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb.

Bu barədə Aznews.az Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu gün Artemovsk-Lısiçansk şosesi yaxınlığında gedən döyüşlər zamanı Rusiya ordusunun general-mayoru Roman Kutuzov öldürülüb.

Məlumatı “InformNapalm” layihəsi də təsdiqləyib.

Qeyd edilir ki, təbliğatçılar da həmçinin Ukraynaya qarşı müharibədə daha bir rus generalının həlak olması barədə məlumat yayıblar. Söhbət Artemovsk-Lısiçansk magistral yolu istiqamətində həlak olan general-mayor R.Kutuzovdan gedir.

Generalın ölüm şəraiti açıqlanmır, lakin onun “dünyadan əsgər kimi, döyüşçü kimi getdiyi” qeyd edilir.