Rusiya Ukraynanın müdafiə sektorunun enerji obyektlərinə kütləvi zərbə endirib

“Yanvarın 26-da Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye sektoru müəssisələrinin fəaliyyətini təmin edən energetika obyektlərinə uzaqmənzilli hava və dəniz bazalı dəqiq silahlardan, həmçinin pilotsuz uçuş aparatlarından iri raket zərbəsi endirib".

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant İqor Konaşenkov bildirib.

"Bütün təyin edilmiş obyektlərə zərbələr endirilib. Xüsusilə, kütləvi zərbələr döyüş bölgələrində Ukrayna hərbçilərinə silah və sursatların, o cümlədən NATO-nun verdiyi silahların çatdırılmasını dayandırıb"-deyə İqor Konaşenkov qeyd edib.

Mövsüm