- Rusiya və İran
- 22 Oktyabr 2018 22:29
- 1 992
28 yaşlı oğlan 7 nəfəri öldürdü, polisə təslim oldu - Onların 6-sı qız olub
Moskva polisi şübhəli şəxsin dediklərini araşdırır
Rusiyanın paytaxtı Moskva şəhərində 28 yaşlı Viktor B. adlı oğlan polisə təslim olub və 7 nəfəri öldürdüyünü deyib.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, ötən il bir kişini "Moskva tovarnaya" stansiyasının yaxınlığında öldürüb.
Digər 6 nəfəri isə yaşadığı Moldovanın Tiraspol şəhərində qətlə yetirib.
O, əlavə edib ki, Tiraspolda öldürdüklərinin hamısı qız olub: "Qadın cinsinə nifrət edirdim, çünki sevdiyim qız məni buraxmışdı".
Hazırda Moskva polisi şübhəli şəxsin dediklərini araşdırır.
Babək Göyüş
© AzNews.az