Hadisə nəticəsində 3 nəfər yaralanıb. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Rusiyada atışma - erməni biznesmen öldürüldü

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Martın 10-da Rusiyanın Frolovo şəhərində baş verən kütləvi davada insanlara odlu silahdan atəş açılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 3-ü xəsarət alıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, davaya ilk olaraq 6 Dağıstan vətəndaşı başlayıb. Belə ki, onlar Frolovoda bizneslə məşğul olan erməni ailəsinə məxsus mağazaya daxil olaraq atəş açıblar.

Qarşılıqlı atışma nəticəsində adı açıqlanmayan erməni biznesmen hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan ikisi dağıstanlı, digəri isə sözügedən ailədən olan boksçu B. Parnyandır.

Rusiya İstintaq Komitəsindən olan mənbənin sözlərinə görə, insidenti törədən digər 4 dağıstanlı Volqoqrad şəhərinin Qumrak qəsəbəsində saxlanılıb. (qafqazinfo.az)

AzNews.az