- Rusiya və İran
- 11 İyul 2019 13:13
- 2 588
Moskvada istilik elektrik stansiyasında yanğın oldu
Hadisənin başvermə səbəbləri araşdırılır
Moskva vilayətində yerləşən Mıtişa rayonunda “Severnaya” İstilik Elektrik Mərkəzində yanğın baş verib.
Məlumatı “Gazeta” yayıb.
Şahidlərin sözlərinə görə, partlayış səsləri də eşidilib.
Bildirilib ki, “Severnaya” İstilik Elektrik Stansiyasında yanğın olub. Bu stansiya Moskva vilayəti Mıtişa şəhər dairəsinin Çelobitevo kəndində yerləşir. Onun yaxınlığında “İyun” ticarət mərkəzi də var.
Hadisənin başvermə səbəbləri araşdırılır.(report.az)
AzNews.az