Rusiya lideri Türkiyəni böyük təbii qaz qovşağına çevirmək istədiklərini ifadə edib Rusiya lideri Türkiyəni böyük təbii qaz qovşağına çevirmək istədiklərini ifadə edib

Putin Türkiyəni böyük təbii qaz qovşağına çevirmək istədiklərini bildirib

Rusiya lideri Türkiyəni böyük təbii qaz qovşağına çevirmək istədiklərini ifadə edib

Rusiya qazının Türkiyəyə tədarükü tam həcmdə həyata keçirilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanada görüşündə bildirib.

Putin qeyd edib ki, Türkiyə Avropaya qaz nəqlində ən etibarlı tərəfdaşdır.

Rusiya Prezidenti Avropaya qaz nəqli üçün Türkiyədə yaradılması təklif olunan qaz qovşağından da danışıb:

“Türkiyədə yaradılması təklif olunan qaz qovşağı mavi yanacağın qiymətinin müəyyənləşdirilməsi platformasına çevrilə bilər ki, bu da bu məsələnin siyasiləşdirilməsini istisna edəcək”.

Putin Ukraynanın “Türk axını” qaz kəmərində təxribat cəhdlərindən də danışıb.

Rusiya lideri Türkiyəni böyük təbii qaz qovşağına çevirmək istədiklərini ifadə edib.