Moskva NATO ölkələrinin rusiyalı jurnalistlərə qarşı pis rəftarına diqqət yetirməyi tələb edir

Moskva ixtisaslaşmış beynəlxalq strukturlardan NATO ölkələrinin rusiyalı jurnalistlərə açıq-aşkar ayrı-seçkilik münasibəti ilə bağlı məsələ qaldırmağı tələb edir.

Aznews.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə brifinqdə bildirib.

“Biz tələb edirik ki, (müvafiq beynəlxalq strukturlar) NATO ölkələrinin jurnalist peşəsinin nümayəndələrinə, ilk növbədə Rusiyadan olanlara qarşı tamamilə qeyri-qanuni və əxlaqsız davranışları ilə bağlı məsələ qaldırılsın”, - diplomat vurğulayıb.

Mövsüm