Peskov Qərb liderlərinin Navalnı ilə bağlı bəyanatlarını qəbuledilməz adlandırıb

Aleksey Navalnının ölümü ilə bağlı Qərb ölkələri liderlərinin verdiyi bəyanatlar qətiyyən qəbuledilməzdir, çünki bu barədə rəsmi məlumat yoxdur.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

“Qərb ölkələrinin liderlərinin bəyanatları tamamilə göz qabağındadır. Baxın, həkimlərdən heç bir açıqlama yoxdur. Məhkəmə ekspertlərindən məlumat yoxdur. Federal Penitensiar Xidmətdən məlumat yoxdur. Məlumat yoxdur, amma belə bəyanatlar var. Aydındır ki, bunlar tamamilə quduz, qəbuledilməz bəyanatlardır”, – Peskov jurnalistlərə bildirib

Mövsüm

Aznews.az