Rusiya Ukraynada ilhaq etdiyi 4 rayonu Cənub Hərbi Dairəsinə daxil edib

Rusiya prezidenti Vladimir Putin Ukraynada ilhaq edilən Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin Cənub Hərbi Dairəsinə əlavə edilməsi haqqında fərman imzalayıb.

Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan Putinin imzaladığı fərmana əsasən, ölkənin Qərb Hərbi Dairəsindən Moskva və Leninqrad hərbi dairələri yaradılıb.

Beləliklə, ölkədə hərbi rayonların sayı Mərkəzi və Şərq bölgələri də daxil olmaqla 5-ə yüksəlib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.

Mövsüm

Aznews.az