Lavrov dünya ölkələrinin əksəriyyətini Ukrayna ilə bağlı sammitdə iştirak etməməyə çağırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünyanın əksər ölkələrini ABŞ və onun peyklərinin təzyiqinə boyun əyməməyə və iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək Ukrayna üzrə “sülh sammitində” iştirakdan imtina etməyə çağırıb.

Bu barədə "İzvestiya" məlumat yayıb.

“Nazir ABŞ və onun peyklərinin təzyiqlərinə boyun əyməməyə və iyunun 15-16-da İsveçrədə təşkil olunacaq “sülh sammiti”ndə iştirak etmək dəvətindən imtina etməyə çağırıb. Vurğulanıb ki, bu tədbirin keçirilməsində məqsəd deyildiyi kimi Ukrayna ətrafında münaqişənin həlli imkanlarını nəzərdən keçirmək deyil, Rusiyaya qəbuledilməz ultimatum hazırlamaq və təqdim etməkdir”, - XİN-in saytında yerləşdirilən məlumatda deyilir.

Mövsüm

Aznews.az